Hakan Fidan: Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün tərəflərlə təmaslarını davam etdirir
Türkiyə Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün tərəflərlə təmaslarını davam etdirir.
Operativ Media xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Türkiyə xarici işlər nazirlərinin birgə mətbuat konfransında deyib.
O bildirib ki, müharibənin əvvəlindən Türkiyə diplomatik yollarla onun dayandırılması üçün müxtəlif təşəbbüslər həyata keçirib.
Hakan Fidan qeyd edib ki, tərəflərlə əlaqələrdən istifadə edərək danışıqların aparılması, İstanbulda görüşlərin təşkili və əsir mübadiləsi ilə bağlı fəaliyyətlər həyata keçirilib.
“Bu istiqamətdə işlərimiz davam edir. Çünki bu müharibə hələ də davam edir. Həqiqətən, müharibə təkcə bölgəmizə deyil, dünya iqtisadiyyatına da böyük zərər vurur”, – deyə nazir bildirib.
Onun sözlərinə görə, müharibənin uzanması enerji infrastrukturu və digər sahələrə də ciddi təsir göstərir.
Hakan Fidan vurğulayıb ki, müharibənin daha böyük fəlakətlərə səbəb olmaması üçün tərəflər arasında anlaşmanın əldə olunması və döyüşlərin dayandırılması vacibdir.
Nazir qeyd edib ki, Türkiyə bu istiqamətdə tərəflərlə təmaslarını davam etdirir və müharibənin dayandırılması üçün səylərini sürdürür.
dəqiqələr içində saytın olsun.