Menyu

AYNA: Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Operativ Media
AYNA: Bir neçə istiqamət üzrə keçirilən müsabiqələrin qalibləri müəyyən edilib

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Daşkəsən, Sumqayıt-Cəbrayıl, Gəncə-Balakən, Oğuz-Gəncə şəhərlərarası, eləcə də Ağcabədi şəhərində 1 və 2 nömrəli şəhərətrafı avtobus marşrutları üzrə müsabiqələrin qalibləri müəyyən edilib.

Bu barədə Operativ Media-ya AYNA-dan bildirilib.

Bakı-Daşkəsən marşrutları üzrə fiziki şəxs İsmayılov İsmayıl Qabil oğlu; Sumqayıt-Cəbrayıl marşrutu üzrə fiziki şəxs Quliyev Şirin Həsən oğlu; Gəncə-Balakən marşrutu üzrə hüquqi şəxs "Mələyim" MMC; Oğuz-Gəncə marşrutu üzrə hüquqi şəxs "ALS Logistics Center" MMC; Ağcabədi şəhərində 1nömrəli (Hacıbədəlli kəndi – Göyçə küçəsi (Mərkəzi Xəstəxana)) və 2 nömrəli (Xocavənd kəndi (Sadıq Hüseynov küçəsi) – Xan Şuşinski küçəsi) marşrutlar üzrə hüquqi şəxs "Baku Trans-2022" MMC qalib elan olunublar.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər