Menyu

Azərbaycan Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması üzrə müzakirələrdə iştirak edib

Operativ Media
Azərbaycan Sofiyada Orta Dəhlizin cəlbediciliyinin artırılması üzrə müzakirələrdə iştirak edib

Bolqarıstanın Sofiya şəhərində Orta Dəhlizin cəlbediciliyinin artırılması müzakirə edilib.

Operativ Media "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir ki, bununla bağlı müzakirələr sentyabrın 14–15-də Sofiyada Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) üzrə İşçi Qrupunun iclasında aparılıb.

İşçi Qrupunun rəhbəri, ADY-nin sədr müavini Nicat Quliyevin iştirak etdiyi iclas çərçivəsində yük axınları üçün əlverişli şəraitin yaradılması məqsədilə konteyner daşımalarının və yük daşıma tariflərinin optimallaşdırılması məsələləri müzakirə edilib.

Bildirilib ki, müzakirələrin yekunu olaraq dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, yükdaşımaların səmərəliliyinin artırılması, həmçinin regionda ticarət və logistikanın inkişaf etdirilməsi barədə protokol imzalanıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər