Menyu

AFFA "Kəpəz"i 5 min manat cərimələyib

Operativ Media
AFFA "Kəpəz"i 5 min manat cərimələyib
1 dəq oxu

AFFA İntizam Komitəsinin (İK) iclası keçirilib.

Operativ Media xəbər verir ki, “Kəpəz” komandası Azərbaycan Premyer Liqasının V turunda “Qəbələ” ilə oyunda azarkeşlərinin pirotexniki vasitədən istifadəsinə görə cərimələnib.

Bu hal cari mövsümdə ikinci dəfə təkrarlandığı üçün “Kəpəz”ə İntizam Məcəlləsinin 86.3-cü maddəsinə əsasən 5 000 manat cərimə tətbiq edilib.

Əlaqəli Xəbərlər