Menyu

I Liqa klubları cərimələnib

Operativ Media
I Liqa klubları cərimələnib

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib və I Liqanın II turunun oyunları ilə bağlı bir sıra qərarlar qəbul olunub.

Operativ Media xəbər verir ki, toplantıda komandaların futbolçularının sarı vərəqə alması, ilkin protokolların elektron bazada gec təsdiqlənməsi, meydançaya kənar şəxslərin daxil olması və digər qayda pozuntuları müzakirə edilib.

09.09.2026-cı il tarixində I Liqada II turun “Şahdağ Qusar” – “Karvan-Yevlax” oyununda “Şahdağ Qusar” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib (maddə 43.1).

Həmin oyundan sonra meydançaya kənar şəxslərin daxil olması səbəbindən “Şahdağ Qusar” 750 manat cərimələnib (maddə 86.3).

Eyni qarşılaşmada “Karvan-Yevlax” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib (maddə 43.1).

10.09.2026-cı il tarixində I Liqada II turun “Zaqatala” – “Baku Sportinq” oyununda “Zaqatala”nın 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 210 manat cərimələnib (maddə 43.1).

Bundan başqa, “Zaqatala” matçın ilkin protokolunu elektron bazada gec təsdiqlədiyinə görə 450 manat cərimə olunub (maddə 84.1).

Oyunun futbolçuların formasında yaranan problem səbəbindən gec başlamasına görə də “Zaqatala”ya 450 manat cərimə tətbiq edilib (maddə 83.5).

10.09.2026-cı il tarixində I Liqada II turun “Səbail” – “Mingəçevir” oyununda qonaq komandanın 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” 210 manat cərimələnib (maddə 43.1).

Həmin gün keçirilən “Gəncəbasar” – “Xankəndi” görüşündə “Gəncəbasar” komandasının 7 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimə edilib (maddə 43.1).

“Gəncəbasar” ilkin protokolu elektron bazada gec təsdiqlədiyinə görə 450 manat cərimələnib (maddə 84.1).

Oyundan sonra meydançaya kənar şəxslərin daxil olması səbəbindən “Gəncəbasar”a 750 manat cərimə tətbiq olunub (maddə 86.3).

Həmçinin “A buraxılışı” olmayan şəxslərin texniki zonada olması səbəbindən “Gəncəbasar” 300 manat cərimələnib (maddə 86.12).

“Gəncəbasar” – “Xankəndi” oyununda “Xankəndi”nin 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 210 manat cərimə edilib (maddə 43.1).

11.09.2026-cı il tarixində I Liqada II turun MOİK – “Şimal” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün klub 210 manat cərimələnib (maddə 43.1).

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər