Uşaqlar “Roblox”da nə ilə qarşılaşa bilər?
Roblox dediyimiz oyun sadəcə oyun deyil, uşaqların müxtəlif oyunlara daxil olduğu, başqa istifadəçilərlə ünsiyyət qurduğu böyük bir onlayn platformadır. Ona görə də risk yalnız oyunun özündən gəlmir, uşağın platformada kimlərlə qarşılaşmasından, hansı məzmuna daxil olmasından və nə qədər nəzarətsiz vaxt keçirməsindən də asılıdır.
Bu sözləri Operativ Media-ya texnoloq Elvin Həsənov deyib.
O bildirib ki, uşaqlar burda yaşlarına uyğun olmayan məzmunla, aqressiv davranışlarla, kobud ifadələrlə və tanımadıqları şəxslərin mesajları ilə qarşılaşa bilərlər:
“Ən ciddi risklərdən biri odur ki, bəzi şəxslər uşağın etimadını qazanıb onu başqa messencerə yönəldə, şəxsi məlumat istəyə bilər. Hətta müxtəlif hədiyyə və oyun valyutası vədi ilə aldatmağa da çalışa bilərlər.
Valideynlər bilməlidir ki, əsas məqsəd uşağa oyunu tam qadağan etmək yox, təhlükəsiz istifadə vərdişi yaratmaqdır. Uşaq real adını, məktəbini, telefon nömrəsini, ünvanını və ailə ilə bağlı şəxsi məlumatları heç kimlə paylaşmamalıdır.
Tanımadığı şəxslərdən gələn mesajlara cavab verməməli, şübhəli linklərə daxil olmamalı və hesab şifrəsini heç kimə deməməlidir. Məncə digər vacib bir məqam isə valideyn yalnız ekran vaxtına yox, uşağın davranışındakı dəyişikliklərə də baxmalıdır.
Uşaq oyundan sonra narahat görünürsə, gizli mesaj alırsa, pul və ya Robux istəyirsə, hesabını itirməkdən həddindən artıq qorxursa bu diqqət tələb edən siqnal ola bilər”.
dəqiqələr içində saytın olsun.