Menyu

"Naxçıvan" BK yeni transferini açıqlayıb

Operativ Media
"Naxçıvan" BK yeni transferini açıqlayıb
1 dəq oxu

"Naxçıvan" basketbol klubu Səid İsmayılovu transfer edib.

Bu barədə Operativ Media-ya bölgə təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycanlı oyunçu ilə 1 illik sözləşmə imzalanıb. 182 sm boya malik 22 yaşlı basketbolçunun son klubu "Ordu" olub.

Səid İsmayılov həmçinin Azərbaycan millisinin geniş heyətində də yer alıb.

Əlaqəli Xəbərlər