Nihat Məcidov: "SABAH.city"də rezidentlik alan şirkətlər bəzi vergilərdən azaddılar
Texnopark rezidenti statusunu əldə etmək üçün müvafiq qanunvericilik var.
Operativ Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Yüksək Texnologiyalar Parkının baş icraçı direktoru Nihat Məcidov deyib.
O bildirib ki, "texnologiya yönümlü fəaliyyət üçün xaricdən idxal olunan avadanlıqdır, bunlara gömrük rüsumundan azadolma var, əlavə dəyər vergisindən azadolma var. Bu bizim mövcud güzəştlərdir.
Bu güzəştlərin artırılması üçün biz də müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq edirik. Düşünürük ki, gələcək illərdə daha çox güzəştlər təmin edə biləcəyik".
O qeyd edib ki, bəzi şirkətlər sadəcə gəlib burada icarəyə yer götürərək yerləşirlər: “Amma elə şirkətlər də var ki, müraciət edir və rezidentlik alırlar. Rezidentlik almağın, az öncə qeyd etdiyim kimi, müəyyən proseduru var və müvafiq qanunvericiliklə tənzimlənir. Tam detallı məlumatla bizim vebsaytımızda tanış ola bilərsiniz. Mənfəət vergisindən 10 il müddətinə azadolma mövcuddur”.
Nihat Məcidov bildirib ki, gələcəyə doğru bunun genişləndirilməsi ehtimalı var: “Amma təbii ki, bunun üçün müəyyən prosedur var və həmin prosedur baş verməlidir”.
dəqiqələr içində saytın olsun.