"Qarabağ"ın müdafiəçisi Macarıstan millisinə çağırılıb
Operativ Media
“Qarabağ”ın mərkəz müdafiəçisi Bense Varkonyi karyerasında ilk dəfə Macarıstanın əsas milli komandasına çağırılıb.
Operativ Media xəbər verir ki, Macarıstan yığmasının baş məşqçisi Marko Rossi 24 yaşlı futbolçunu UEFA Millətlər Liqasının qarşıdakı dörd qarşılaşması üçün açıqlanan heyətə daxil edib. Varkonyi yığmaya ilk dəfə dəvət alan beş yeni oyunçudan biri olub.
Macarıstan seçməsi UEFA Millətlər Liqası çərçivəsində sentyabrın 25-də doğma meydanda Ukraynanı qəbul edəcək. Komanda daha sonra səfər matçlarına çıxacaq: sentyabrın 28-də Şimali İrlandiya, oktyabrın 2-də Gürcüstan, oktyabrın 5-də isə yenidən Ukrayna ilə qarşılaşacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net