Tramp Ali Məhkəməni tənqid edib
ABŞ prezidenti Donald Tramp özü tərəfindən formalaşdırılmasına kömək etdiyi Ali Məhkəmənin mühafizəkar çoxluğunu sərt tənqid edib.
Operativ Media xəbər verir ki, o, məhkəmə orqanının poçt vasitəsilə səsvermə ilə bağlı fərmanını ləğv etmək qərarını "Truth Social" platformasında şərh edib.
ABŞ prezidenti 2026-cı ildə onun sərəncamlarının ləğv edilməsi ilə nəticələnən qərarlar çıxardıqları üçün hakimləri tənqid edib. Tramp bildirib ki, onun daha əvvəl namizədliyini irəli sürdüyü üç məhkəmə üzvü demokratların nəzarəti altındadır. O, onların adlarını açıqlamayıb.
“Bunlar ABŞ Ali Məhkəməsinə namizədlərin seçilməsi zamanı şəxsən söhbət etdiyim insanlar deyil. Onlar özlərinin yalnız kölgəsidir. Bu, şokedici dərəcədə pis qərarları səbəbindən ABŞ-a trilyonlarla dollara başa gələn bir məhkəmədir. Bu qərarların miqyası o qədər böyükdür ki, ölkəmizin bərpa olunması və yaralarının sağalması asan olmayacaq”, - dövlət başçısı yazıb.
“Bu, ölkəmizin tarixində ən dağıdıcı, ağrılı və zərərli qərarlardan bəzilərini çıxarmış məhkəmə kimi tarixə düşəcək. ABŞ Ali Məhkəməsini tənqid etmək mənim üçün asan deyil. Yəqin ki, bu, qarşıdakı illərdə mənə baha başa gələcək, lakin prezident kimi bunu sevdiyimiz Amerika naminə etməyi öz öhdəliyim və borcum hesab edirəm!” - Tramp əlavə edib.
dəqiqələr içində saytın olsun.