Menyu

Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşüb

Operativ Media
Hikmət Hacıyev BƏƏ rəsmisi ilə görüşüb
1 dəq oxu

Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev Birləşmiş Ərəb Əmirliklərinə səfəri çərçivəsində dövlət naziri Səid bin Mübarək Əl-Haceri ilə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə “X”da paylaşım edilib.

Hikmət Hacıyev bildirib ki, görüşdə strateji tərəfdaşlıq çərçivəsində dinamik inkişaf edən Azərbaycan-BƏƏ ikitərəfli münasibətləri nəzərdən keçirilib, regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

O qeyd edib ki, regional orta güclər kimi Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə müsbət və konstruktiv rol oynayır, sabitliyə, əməkdaşlığa və dialoqa töhfə verir.

Əlaqəli Xəbərlər