“Marsel” Avropa Liqasından imtina etməyi düşünüb
“Marsel” 2026/27 mövsümündə UEFA Avropa Liqasında iştirakdan imtina edərək diqqəti Liqa 1-ə yönəltmək variantını nəzərdən keçirib.
Operativ Media xəbər verir ki, “L'Equipe”in məlumatına görə, belə qərar klubun maliyyə vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təzyiqi müəyyən qədər azalda bilərdi.
“Marsel” 2025/26 mövsümünün nəticələrinə əsasən Avropa Liqasına vəsiqə qazanıb. Klubun əsas hədəfi isə Çempionlar Liqasına düşmək olub.
Çempionlar Liqasına vəsiqə qazana bilməməsi gəlirlərin azalmasına səbəb olub. Bundan sonra UEFA klubun maliyyə hesabatlarını araşdırıb və əməkhaqqı büdcəsinin əhəmiyyətli dərəcədə azaldılması şərti ilə “Marsel”in Avropa Liqasında iştirakına icazə verib.
Tətbiq olunan məhdudiyyətlər nəticəsində komandanın bir neçə əsas futbolçusu klubdan ayrılıb. Buna baxmayaraq, “Marsel” heyətinə heç bir yeni oyunçu qeydiyyatdan keçirə bilməyib. Nəticədə komandanın heyəti ötən mövsümlə müqayisədə zəif hesab olunur.
“Marsel” Avropa Liqasının əsas mərhələsinin ilk turunda sentyabrın 17-də səfərdə “Beşiktaş”la qarşılaşacaq.
dəqiqələr içində saytın olsun.