"Qafqaz Albaniyası erməni anlayışının olmadığı dövrdə mövcud idi" - Deputat
Ermənistanın işğal siyasəti dövründə Qafqaz Albaniyasının xristian irsini mənimsəmək siyasəti aparılıb.
Bu sözləri Operativ Media-ya açıqlamasında deputat Tural Gəncəliyev deyib.
O bildirib ki, Ermənistan 30 il əvvəl, Azərbaycanın müstəqilliyini yenicə əldə etdiyi dövrdə özünü Qafqazda yeganə xristian sivilizasiyası kimi təqdim etməyə çalışıb.
Deputatın sözlərinə görə, Qafqaz Albaniyası Ermənistan anlayışının Qafqazda mövcud olmadığı dövrlərdən əvvəl Azərbaycan ərazilərində mövcud olub.
“Ermənistan Qafqaz Albaniyasının xristian sivilizasiyasını özününküləşdirmək, mənimsəmək siyasəti aparırdı. Torpaqlarımız işğal altında olduğu dövrdə bu diskurs daha da gücləndirilirdi”, – deyə Tural Gəncəliyev bildirib.
O qeyd edib ki, bu yanaşmadan Ermənistan, onun tərəfdarları, eləcə də müxtəlif erməni diasporu və lobbi qrupları tərəfindən Azərbaycana qarşı kampaniyalarda istifadə olunub.
Deputat bildirib ki, hazırda Qafqaz Albaniyasının Azərbaycan xalqının tarixi və mədəni irsinin ayrılmaz hissəsi olduğu aydındır.
“Artıq ədalət öz yerini tapıb. Yalançı erməni diskursu və dini narrativlər ifşa edilib. Bundan sonra Azərbaycan xalqı öz Qafqaz Albaniyası sivilizasiyasını qoruyacaq və onun erməni işğalı ilə bağlı iddialarla təhrif edilməsinə imkan verməyəcək”, – deyə Tural Gəncəliyev vurğulayıb.
dəqiqələr içində saytın olsun.