Hikmət Hacıyev işğal dövründə dağıdılan dini və mədəni irsdən danışıb
Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ərəb Media Forumunda çıxışı zamanı qədim Qafqaz Albaniyası Krallığı və onun zəngin xristian irsi barədə danışıb.
Operativ Media xəbər verir ki, Hikmət Hacıyev bu irsin xüsusilə Qarabağda və Azərbaycanın digər ərazilərində bu günədək əhəmiyyətli izlərinin qorunduğunu bildirib.
O, Azərbaycanın əsrlər boyu formalaşmış multikulturalizm və dini birgəyaşayış ənənələrini vurğulayıb. Hacıyev ölkənin mənşəyindən və dini aidiyyətindən asılı olmayaraq zəngin mədəni və dini irsin qorunması, mühafizəsi və bərpasına sadiq olduğunu qeyd edib.
Prezidentin köməkçisi həmçinin işğal illərində Azərbaycanın dini və mədəni irsinə qarşı genişmiqyaslı dağıntı, təhqir və dəyişikliklərin həyata keçirildiyini diqqətə çatdırıb. O, tarixi həqiqətin qorunmasının və mədəni irsin gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğulayıb.
Hacıyev qeyd edib ki, paneldə onunla yanaşı Gürcüstanın xarici işlər naziri və BƏƏ-nin iqtisadiyyat və turizm naziri də iştirak edib. Paneli Euronews-un baş icraçı direktoru idarə edib.
dəqiqələr içində saytın olsun.