Aksel Vitsel milli karyerasını başa vurub
Operativ Media
Belçika millisinin 37 yaşlı futbolçusu Aksel Vitsel 18 illik çıxışdan sonra milli komandadakı karyerasını başa vurduğunu açıqlayıb.
Operativ Media xəbər verir ki, hazırda Fransanın “Nitsa” klubunda çıxış edən Vitsel bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Futbolçu qərarının vaxtının çatdığını və milli komandada gənc nəsilə yol açmaq istədiyini bildirib. O, 18 yaşında başladığı milli karyerası ərzində əldə etdikləri ilə fəxr etdiyini qeyd edib.
Vitsel Belçika millisinin formasını ümumilikdə 140 dəfə geyinib. O, yığmanın heyətində üç Avropa çempionatında və dörd dünya çempionatında iştirak edib.
37 yaşlı yarımmüdafiəçi Belçika millisində keçirdiyi oyunlarda 12 qola imza atıb. Vitsel milli komandada debütünü 2008-ci ildə edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net