Mbappe "Real Madrid"ə geri qaytarmaq istədiyi oyunçuların adlarını açıqlayıb
“Real Madrid”in hücumçusu Kil Mbappe Madrid klubuna keçmiş ulduzlardan Kriştiano Ronaldo, Zinəddin Zidan və Ronaldo Nazario da Limanı qaytarmaq istədiyini bildirib.
Operativ Media xəbər verir ki, Mbappe bu barədə “AS” nəşrinə müsahibəsində danışıb.
Fransalı futbolçu həmin oyunçuların yenidən komandaya qoşulmasının mümkün olması halında onları seçəcəyini deyib.
“Kriştiano, Zidan, Ronaldo – əgər geri qayıda bilsəydilər. Keyfiyyət heç vaxt yox olmur. Onlar “Real Madrid”in ikonlarıdır. Kluba çox şey veriblər və azarkeşlərə hələ də çoxlu emosiyalar yaşatmağa davam edirlər”, – Mbappe bildirib.
Qeyd edək ki, sentyabrın 8-də “France Football” jurnalı 2026-cı il “Qızıl top” mükafatına namizədlərin siyahısını açıqlayıb.
Mükafatın təqdimetmə mərasimi oktyabrın 26-da Londonda keçiriləcək.
dəqiqələr içində saytın olsun.