Menyu

Yamal: "İrqçilik normal sayıla bilməz, amma məni qıcıqlandırmır"

Operativ Media
Yamal: "İrqçilik normal sayıla bilməz, amma məni qıcıqlandırmır"

“Barselona”nın hücumçusu Lamin Yamal İspaniyada futbol karyerası ərzində dəfələrlə irqçi münasibətlə qarşılaşdığını bildirib.

Operativ Media xəbər verir ki, 19 yaşlı futbolçu bu barədə “Mundo Deportivo”ya açıqlamasında danışıb.

Yamal irqçiliyin bəzən dolayı formada özünü göstərdiyini və insanların bunun fərqinə belə varmadığını deyib. O, bəzi şərhlərin, baxışların və davranışların irqçi xarakter daşıdığını qeyd edib.

İspaniyalı futbolçu “Santyaqo Bernabeu” stadionunda yaşanan hadisəni də xatırladıb. O bildirib ki, həmin qarşılaşmada özünə və Rafinyaya tribunadan müxtəlif ifadələr səsləndirilib.

Yamal vurğulayıb ki, dərisinin rəngi ilə bağlı ifadələr onu narahat etmir, lakin bu sözlərin alçaldıcı formada işlədilməsini yanlış hesab edir.

Qeyd edək ki, hadisə 26 oktyabr 2024-cü ildə “Real Madrid”lə oyunda baş verib. Yamal və Rafinya qol sevincini qeyd edərkən tribunadan irqçi və ksenofob ifadələrə məruz qalıblar.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər