Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
Operativ Media
Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq.
Operativ Media xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Belə ki, təmir-quraşdırma və “Qaz İxrac” İdarəsinə məxsus “Hövsan-Digah” magistral qaz kəmərindən aşkar olunmuş qaz sızmasının aradan qaldırılması işləri ilə əlaqədar sabah saat 10:00-dan işlər yekunlaşanadək Xətai rayonunun M. Hadi, A. Rəhimov küçələrinin, Əhmədli qəsəbəsində 1-ci və 5-ci Rezervuar küçələrinin, Babək prospektinin, Sabunçu rayonunun Balaxanı qəsəbəsində bir sıra küçələrin və Fazenda yaşayış massivinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net