Azərbaycanın 2 boksçusu Avropa çempionatına qələbə ilə başlayıb
Operativ Media
Bolqarıstanın paytaxtı Sofiyada qadın və kişi boksçular arasında Avropa çempionatına start verilib.
Operativ Media xəbər verir ki, 43 ölkədən 406 idmançının qatıldığı yarışın ilk günü rinqə çıxan Azərbaycan millisinin hər 2 üzvü çıxışını qələbə ilə başa vurub.
Nəbi İsgəndərov (70 kq) Miloş Poqanoviçi 4:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Boksçumuz sentyabrın 19-da Fabian Tomkiç ilə qarşılaşacaq.
Seyid Seyidov (85 kq) İdris Leqanesi 4:1 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib. Boksçumuz sentyabrın 18-də Adrian Rikardo ilə qarşılaşacaq.
Qeyd edək ki, Avropa çempionatının qaliblərinin adına sentyabrın 25-də aydınlıq gələcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net