2027-ci ildə F1 Sprint yarışında hansı yeniliklər olacaq?
2027-ci il "Formula 1" təqvimində Sprint yarışlarının sayı artırılaraq 10-a çatdırılacaq.
Operativ Media xəbər verir ki, yeni mövsümün təqvimi açıqlanıb və Sprint yarışlarının sayının 2026-cı illə müqayisədə 4 ədəd artırılması nəzərdə tutulub.
Sprint formatının 2021-ci ildə tətbiqindən sonra bu yarışların keçirildiyi həftəsonlarında ümumi izlənmə göstəricisinin adi həftəsonlarından 12 faiz yüksək olduğu bildirilib.
Sprint sıralanma turunun azarkeşlər arasında populyarlığının sərbəst məşqlə müqayisədə üç dəfəyədək çox olduğu qeyd edilib. Bu formatda Sprint sıralanma turu cümə günü günortadan sonra keçirilir və adi həftəsonlarında həmin vaxt baş tutan ikinci sərbəst məşqi əvəzləyir.
Məlumata görə, Sprint yarışlarının keçirildiyi həftəsonlarında iştirak edən azarkeşlərin 82 faizi bu formatın biletə əlavə dəyər qatdığını düşünür. Buna səbəb rəqabətli sessiyaların ənənəvi iki gün əvəzinə üç gün ərzində keçirilməsidir.
Həmçinin "Formula 1" azarkeşlərinin 75 faizinin Sprint yarışlarının mövsüm təqviminə daha böyük dəyər qatdığını bildirdiyi açıqlanıb.
Sprint yarışlarının sayı 2021 və 2022-ci illərdə hər mövsüm 3 olduğu halda, 2023-2026-cı illərdə 6-ya yüksəlib. 2027-ci ildə isə bu rəqəmin 10-a çatdırılması planlaşdırılır.
dəqiqələr içində saytın olsun.