Menyu

Böyük Britaniya Aİ-nin “Made in Europe” proqramına qoşulmaq istəyir

Operativ Media
Böyük Britaniya Aİ-nin “Made in Europe” proqramına qoşulmaq istəyir

Böyük Britaniyanın maliyyə naziri Con Hili Avropa İttifaqını (Aİ) ölkəni “Made in Europe” proqramına daxil etməyə çağıracaq.

Operativ Media xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.

Bildirilir ki, Hili sentyabrın 18-də Dublində keçiriləcək Aİ-nin İqtisadi və Maliyyə Məsələləri üzrə Şurasının qeyri-rəsmi iclasında məsələni gündəmə gətirəcək.

Britaniya hökumətindəki mənbələrə görə, nazir Londonun Brüssellə münasibətlərinin yenidən qurulması istiqamətində danışıqlara hazırdır. Bunun qarşılığında Britaniya şirkətlərinin Aİ-nin təchizat zəncirlərinə və müştərilərinə daha geniş çıxış əldə etməsi gözlənilir.

Hili Dublindəki görüşdə “Avropa birliyinin gücləndirilməsi” və 2025-ci ildə Londonun Aİ-nin “Security Action for Europe” (SAFE) müdafiə fonduna çıxışı ilə bağlı uğursuz danışıqların təkrarlanmaması məsələsini də gündəmə gətirəcək.

Qeyd edək ki, həmin danışıqlarda tərəflər Böyük Britaniyanın ödəməli olduğu məbləğlə bağlı razılığa gələ bilməyib. Britaniya mediasının məlumatına görə, Aİ əvvəlcə 6,7 milyard avro tələb edib, daha sonra məbləği 2 milyard avroya endirib. Lakin bu rəqəm də Londonun ödəməyə hazır olduğu məbləğdən dəfələrlə çox olub.

Avropalı adı açıqlanmayan rəsmi isə “Made in Europe” proqramına qoşulmaqla bağlı danışıqların asan keçməyəcəyini bildirib.

Onun sözlərinə görə, Böyük Britaniyanın tələbləri Aİ üzvlərinin əksəriyyətindən dəstək ala bilər. Lakin Fransa və Avropa Parlamenti bu təşəbbüsə ciddi maneə yarada bilər.

“Financial Times” daha əvvəl yazıb ki, tərəflərin “Made in Europe” siyasəti ilə bağlı fikir ayrılıqları Böyük Britaniya-Aİ münasibətlərinin inkişafına dair sammitin noyabrın 6-dan ayın sonuna keçirilməsinə səbəb olub.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər