Menyu

Cənubi Koreya Hörmüzə hərbi qüvvə göndərməyəcək

Operativ Media
Cənubi Koreya Hörmüzə hərbi qüvvə göndərməyəcək

Cənubi Koreya Prezidenti Li Çje Myon ölkəsinin Hörmüz boğazı bölgəsinə hərbi qüvvə göndərməsi halında onların döyüş əməliyyatlarında iştirak etməyəcəyini bildirib.

Operativ Media xəbər verir ki, dövlət başçısı bu barədə Seulda keçirdiyi mətbuat konfransında danışıb.

Prezidentin sözlərinə görə, Seul hərbçiləri müharibəyə qoşulmaq və ya müdaxilə etmək məqsədilə bölgəyə göndərməyəcək. O qeyd edib ki, Cənubi Koreya digər ölkələr kimi vətəndaşlarının və xam neft tədarükünün təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirləri nəzərdən keçirir.

Li Çje Myon Ədən körfəzi ərazisində fəaliyyət göstərən Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin “Çxonhe” bölməsini də xatırladıb. Onun sözlərinə görə, bölmənin əsas vəzifəsi, o cümlədən piratçılığa qarşı mübarizə aparmaqla vətəndaşların təhlükəsizliyini təmin etməkdir.

Prezident bildirib ki, bu tədbirlərin gücləndirilməsi məsələsi də nəzərdən keçirilir. O, bölgəyə hərbi qüvvələrin göndərilməsinin müharibəyə cəlb olunma və ya onun dəstəklənməsi anlamına gələcəyi ilə bağlı narahatlıqların olduğunu qeyd edib.

“Bir daha vurğulayıram: müharibədə iştirak etmək üçün qoşun göndərilməsindən söhbət getmir”, – Li Çje Myon deyib.

Qeyd edək ki, sentyabrın əvvəlində Cənubi Koreya Prezident Administrasiyası Hörmüz boğazındakı vəziyyətlə bağlı müxtəlif fəaliyyət variantlarını, o cümlədən hərbçilərin göndərilməsini nəzərdən keçirdiyini açıqlayıb. Lakin yekun qərarın qəbul edilmədiyi bildirilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər