Menyu

Günlük protein miqdarı və qəbulu necə olmalıdır?

Operativ Media
Günlük protein miqdarı və qəbulu necə olmalıdır?

Ümumiyyətlə, orqanizmin sağlam qalması və uzunömürlülüyün təmin olunması üçün düzgün və balanslı qidalanma mühüm əhəmiyyət daşıyır. Belə bir atalar sözü var: “İnsan yüz yaşamırsa, günah onun özündədir”. Sağlamlığımız üçün əsas amillərdən biri düzgün qidalanmadır və bunun içərisində proteinlə düzgün qidalanma xüsusi yer tutur.

Bu sözləri Operativ Media-ya endokrinoloq Samirə Süleymanova deyib.

O bildirib ki, uzun müddət qida defisiti yaşayan və ya pəhriz saxlayan insanlarda protein qəbulu xüsusilə mühüm əhəmiyyət kəsb edir:

“Çünki kifayət qədər protein qəbul edilmədikdə əzələ itkisi və gücsüzlük yarana bilər. Hətta pəhriz yazdığımız pasiyentlərdə də bunu mütləq nəzərə alırıq. Çünki çəki itkisi piy toxuması hesabına baş verməlidir, əzələ toxuması hesabına deyil.

Ümumiyyətlə, orta yaşlı bir insanın gündəlik protein qəbulu hər kiloqram bədən çəkisinə 1-1,6 qram arasında təşkil edə bilər. Yəni insan öz çəkisini minimum 1, maksimum isə 1,6-ya vuraraq gün ərzində qəbul etməli olduğu protein miqdarını hesablaya bilər.

Məsələn, 70 kiloqram çəkisi olan bir insan gündə minimum 70, maksimum isə təxminən 110-112 qram protein qəbul edə bilər.

Sual yarana bilər ki, biz gün ərzində lazım olan proteini hansı qidalardan əldə edə bilərik? Protein mənbələrinə toyuq, hinduşka, ət, balıq, yumurta, süd və süd məhsulları, məsələn, qatıq və kefir daxildir. Bundan əlavə, mərcimək, noxud, lobya, soya kimi bitki mənşəli məhsullardan, həmçinin fındıq, badam və qozdan da protein əldə etmək mümkündür”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər