Menyu

Çayın keyfiyyətini necə bilək?

Operativ Media
Çayın keyfiyyətini necə bilək?

Çayın rəngi, dadı, keyfiyyəti, xüsusilə də dəmlənmə müddəti və temperatur rejimi onun növündən asılıdır. Bütün çayların tünd rəngdə olması onların keyfiyyətli olduğunu göstərmir.

Bu sözləri Operativ Media-ya sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

O bildirib ki, eyni şəkildə, qoxusunun güclü olması da çayın daha keyfiyyətli olduğu anlamına gəlmir:

“Ona görə də ilk növbədə çayın növünü bilmək lazımdır. Çünki xüsusilə paketlənmiş və sənaye üsulu ilə emal olunan bəzi çaylarda rəngi və qoxunu gücləndirmək üçün müxtəlif kimyəvi qatqı maddələrindən istifadə oluna bilər. Bu isə məhsulun təbii və keyfiyyətli olması demək deyil.

Mütəxəssis qeyd edib ki, çay alarkən etiket məlumatlarına mütləq diqqət yetirilməlidir. Məhsulun mənşəyi, hansı ölkədə istehsal olunduğu, tərkibi, istehsalçı şirkət haqqında məlumat, istehsal tarixi və son istifadə müddəti aydın şəkildə göstərilməlidir.

Çayın saxlanma müddəti də onun tərkibindən asılı olaraq dəyişə bilər. Bəzi çayların saxlanma müddəti bir-iki il, bəzi məhsulların isə üç il və ya daha çox ola bilər. Burada məhsulun tərkibi və istifadə olunan konservantlar da mühüm rol oynayır.

Çayın keyfiyyətini müəyyənləşdirərkən onun fiziki xüsusiyyətlərinə də diqqət yetirmək lazımdır. Çayın tərkibində həddindən artıq toz və yad hissəciklər olmamalıdır. Keyfiyyətli çay, növündən asılı olaraq, daha iri yarpaqlardan ibarət ola bilər. Məhsulda qeyri-adi qoxu olmamalı, çayın özünəməxsus təbii aroması hiss edilməlidir.

Dəmləndikdən sonra çayın dadı da balanslı və xoşagələn olmalıdır. Ağızda xoşagəlməz, yad və ya həddindən artıq acı dadın qalması məhsulun köhnə olması ilə əlaqəli ola bilər. Bununla yanaşı, belə dad düzgün dəmlənməmədən də qaynaqlana bilər.

Bu səbəbdən yalnız çayın rənginə, qoxusuna və dadına baxaraq onun keyfiyyətini dəqiq müəyyən etmək mümkün deyil. Əsas məsələlərdən biri etiket məlumatlarının düzgünlüyüdür. Eyni zamanda çayın dövlət nəzarətindən keçən satış məntəqələrindən alınması da vacibdir.

Bəzi hallarda çay açıq şəkildə və ya mənşəyi məlum olmayan formada satılır. Belə məhsullarda çayın həqiqətən təbii olub-olmaması, istehsal prosesinin düzgün aparılıb-aparılmaması və sanitar-gigiyena qaydalarına əməl edilib-edilməməsi ilə bağlı suallar yarana bilər. Bütün bunlar isə məhsulun keyfiyyətinə birbaşa təsir edən amillərdir”.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər