Menyu

Xəzər rayonunda evdən pul oğurlayan şəxs saxlanılıb

Operativ Media
Xəzər rayonunda evdən pul oğurlayan şəxs saxlanılıb
1 dəq oxu

Paytaxtın Xəzər rayonu ərazisində yerləşən mənzillərin birindən pul oğurlanması barədə polisə müraciət daxil olub. Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən V.Qurbanov saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

Araşdırmalarla saxlanılan şəxsin tanışının evindən 33 min manat pul vəsaitini oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Əlaqəli Xəbərlər