Bərdədə avtomat silah və patronlar aşkarlanıb, şübhəli şəxs tutulub
Operativ Media
Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə qanunsuz olaraq odlu silah-sursat əldə etməkdə, saxlamaqda və satmaqda şübhəli bilinən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Operativ Media-ya verilən məlumata görə, Bərdə rayon sakini Y.Fətullazadənin qanunsuz yolla əldə etdiyi odlu silah-sursatı satmaq niyyətində olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən ondan 1 ədəd “Kalaşnikov” markalı avtomat, patron darağı və 29 ədəd sursat aşkar edilərək götürülüb.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net