Menyu

“Seltik” 5,6 milyon avro zərərlə üzləşib

Operativ Media
“Seltik” 5,6 milyon avro zərərlə üzləşib

“Seltik” 30 iyun 2026-cı ildə başa çatan maliyyə ili üzrə vergilərdən sonra 5,6 milyon avro zərər açıqlayıb.

Operativ Media xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Şotlandiya klubunun əvvəlki maliyyə ilində qazancı 39,5 milyon avro təşkil edib.

Maliyyə nəticələrinin pisləşməsinin əsas səbəblərindən biri “Seltik”in 2026/27 mövsümündə Çempionlar Liqasına vəsiqə qazana bilməməsi olub.

Klubun gəlirləri əvvəlki illə müqayisədə 22,7 faiz azalaraq 129,3 milyon avroya düşüb. 2025-ci ildə bu göstərici 167,3 milyon avro olub. Bank hesablarındakı vəsait isə 90,1 milyon avrodan 77,4 milyon avroya enib.

“Seltik” 2026-cı ilin yayında yeni futbolçuların transferlərinə 36,8 milyon avro xərcləyib. Klub Kasper Heq, Kamilo Duran və Mika Baur da daxil olmaqla bir neçə oyunçu ilə müqavilə bağlayıb, həmçinin 4 futbolçunu icarəyə götürüb.

Dayzen Maeda, Arne Engels və Rio Hatate də daxil olmaqla satılan futbolçulardan əldə olunan gəlirin məbləği açıqlanmayıb.

2026/27 mövsümündə “Seltik” yenidən Avropa Liqasında mübarizə aparır. Komanda Çempionlar Liqasının seçmə mərhələsinin pley-offunda LASK-a məğlub olaraq turnirdən kənarda qalıb.

Şotlandiya Liqa Kubokunu da tərk edən “Seltik”in ölkə çempionatındakı üstünlüyü son iki turda “Reyncers”ə məğlubiyyətdən sonra 2 xala enib.

Klubun idarə heyətinin sədr səlahiyyətlərini müvəqqəti icra edən Brayan Uilson ötən ili “dramatik” adlandırıb və azarkeşlərlə kommunikasiyanın yaxşılaşdırılmasının vacibliyini vurğulayıb. Daimi sədrin müəyyənləşdirilməsi istiqamətində axtarışlar davam edir.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər