Bakı-Şamaxı yolunda avtomobil yanıb - VİDEO
Operativ Media
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı-Şamaxı magistral avtomobil yolunun Qobustan rayonunun ərazisindən keçən hissəsində minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
Nazirlikdən Operativ Media-ya verilən məlumata görə, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Qobustan Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “Ford Fusion” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində avtonəqliyyat vasitəsinin mühərrik hissəsi yanıb.
Avtomobilin böyük hissəsi yanğından mühafizə olunub.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net