Menyu

"Valensiya"nın yeni baş məşqçisi bəlli olub

Operativ Media
"Valensiya"nın yeni baş məşqçisi bəlli olub
1 dəq oxu

“Valensiya” Xavyer Aqirreni komandanın baş məşqçisi vəzifəsinə təyin edib.

Operativ Media xəbər verir ki, 67 yaşlı meksikalı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. Razılaşmada müqavilənin daha bir il uzadılması imkanı da nəzərdə tutulub.

“Valensiya” sentyabrın 13-də Karlos Korberanla yollarını ayırıb. Komanda La Liqada 7 turdan sonra 4 xal toplayıb və turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Aqirrenin son iş yeri Meksika millisi olub. O, 2026-cı il dünya çempionatından sonra yığmadan ayrılıb.

Mütəxəssis daha əvvəl “Malyorka”, “Leqanes”, “Espanyol”, “Saraqosa”, “Atletiko”, “Osasuna”, “Atlante”, “Paçuka”, “Monterrey” və “Əl-Vəhdə” klublarını, həmçinin Misir və Yaponiya milli komandalarını çalışdırıb.

Əlaqəli Xəbərlər