Menyu

Azərbaycan Qran-prisində “Mercedes”ə Toto Volff rəhbərlik etməyəcək

Operativ Media
Azərbaycan Qran-prisində “Mercedes”ə Toto Volff rəhbərlik etməyəcək

“Mercedes”in komanda rəhbəri Toto Volff sıx qrafik səbəbindən Azərbaycan Qran-prisində iştirak etməyəcək.

Operativ Media xəbər verir ki, GPblog-un məlumatına görə, avstriyalı mütəxəssis Bakıya səfər etməyəcək və yarış həftəsonunu uzaqdan izləyəcək. Onun yoxluğunda komandaya Bredli Lord rəhbərlik edəcək.

Volffun mövsüm ərzində sıx yarış təqviminə görə bəzi Qran-priləri buraxması ilk dəfə deyil. O, mövsümün əvvəlində keçirilən Yaponiya Qran-prisində də “Mercedes”in qarajında olmayıb.

Bakı yarışı mövsümün finalına doğru keçiriləcək üçlü yarış seriyasının ilk mərhələsi olacaq. Volff yarış həftəsonu öncəsi komandaya müraciət edərək mövsümün son bölümündə dayanıqlılıq, yaxşı hazırlıq və səhvsiz əməliyyat idarəçiliyinin vacibliyini vurğulayıb.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər