Menyu

Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Operativ Media
Azərbaycanın daha 3 boksçusu Avropa çempionatında yarımfinala yüksəlib

Bolqarıstanın paytaxtı Sofiyada boksçular arasında Avropa çempionatı davam edir.

Operativ Media Azərbaycan Boks Federasiyasına istinadən xəbər verir ki, Sübhan Mamedov (50 kq) İstvan Szakanı 3:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib. Boksçumuz finala vəsiqə uğrunda Samet Gümüşlə qarşılaşacaq.

Amin Məmmədzadə (55 kq) Billal Bennamanı 3:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib. Boksçumuz növbəti mərhələdə Vyaçeslav Roqozinlə qarşılaşacaq.

Məhəmməd Abdullayev (+90 kq) Omar Şihanı 3:2 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib. Boksçumuz finala vəsiqə uğrunda Damar Tomasla qarşılaşacaq.

Bu gün həmçinin Nəbi İsgəndərov (70 kq) 1/2 finalda Con MakKonnelli, Səidcəmşid Cəfərov (75 kq) 1/4 finalda Kevin Skottu sınağa çəkəcək.

Qeyd edək ki, yarışa sentyabrın 25-də yekun vurulacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər