Elektron siqaretin satışı və istifadəsinə görə cərimələr nə qədərdir?
Elektron siqaretlərin qadağan olunmuş yerlərdə istifadəsi, eləcə də onların və komponentlərinin idxalı, ixracı, istehsalı və satışına görə vətəndaşları və sahibkarları ciddi cərimələr gözləyir.
Operativ Media xəbər verir ki, qanunla elektron siqaretlərin istifadəsi qadağan edilən yerlərdə, küçələrdə və digər ictimai məkanlarda onlardan istifadə edən şəxslər 30 manat məbləğində cərimə edilir.
Elektron siqaretlərin və ya onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və ya pərakəndə satışı, yaxud satış məqsədilə saxlanılması halında isə daha ağır məsuliyyət nəzərdə tutulur.
Bu əməllərə görə inzibati xətanın bilavasitə obyekti olan mallar müsadirə edilir.
Qanun pozuntusuna yol verən fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1 650 manatdan 2 200 manatadək, hüquqi şəxslər isə 4 000 manatdan 5 000 manatadək cərimələnə bilər.
dəqiqələr içində saytın olsun.