Ararat Mirzoyan TRIPP sazişi üzrə Ermənistan hökumətinin nümayəndəsi təyin edilib
Ermənistanın xarici işlər və beynəlxalq ticarət naziri Ararat Mirzoyan ölkə parlamentində TRIPP layihəsi ilə bağlı qanun layihəsinin müzakirəsi zamanı hökumətin nümayəndəsi təyin edilib.
Operativ Media xəbər verir ki, Ermənistan Baş nazirinin qərarı ilə Mirzoyan Ermənistan və ABŞ arasında “Trampın Beynəlxalq Sülh və Rifah Layihəsi” (TRIPP) üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişinin təsdiqlənməsi ilə bağlı qanun layihəsinin müzakirəsində hökuməti təmsil edəcək.
Bundan əlavə, Mirzoyan “Sülh Şurasının Nizamnaməsinin təsdiq edilməsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı da hökumətin parlamentdəki nümayəndəsi təyin olunub.
Qeyd edək ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ dövlət katibi Marko Rubio TRIPP üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişini iyunun 4-də imzalayıblar. Saziş mayın 26-da paraflanıb.
dəqiqələr içində saytın olsun.