Menyu

“Red Bull”un pilotu: Bakıda yaxşı nəticə uğrunda mübarizə aparmağa çalışacağıq

Operativ Media
“Red Bull”un pilotu: Bakıda yaxşı nəticə uğrunda mübarizə aparmağa çalışacağıq

Bakıda yaxşı nəticə uğrunda mübarizə aparmağa çalışacağıq. Əlimizdən gələnin ən yaxşısını etmək və rəqabətədavamlı olmaq istəyirik.

Operativ Media xəbər verir ki, bu sözləri “Red Bull” komandasının pilotu İsak Hacar Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi öncəsi təşkil olunmuş mətbuat konfransında deyib.

O, yenidən sükan arxasına keçəcəyi günü səbirsizliklə gözlədiyini bildirib: “Bildiyiniz kimi, sonuncu dəfə Budapeştdə sükan arxasında olmuşdum. Mənə elə gəlir ki, sanki üstündən çox uzun vaxt keçib. Ona görə də həqiqətən qayıtmaq gözəldir. Qayıtmaq üçün çətin dövrdən keçdik, amma həyəcanlıyam. Hər şey əladır. Biləyimlə bağlı deyə bilərəm ki, maşın sürmək üçün kifayət qədər yaxşıdır. Mənim üçün əsas vacib olan da budur”.

Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 24-26-da təşkil olunacaq.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər