Tramp Azərbaycan-Ermənistan normallaşma prosesindən danışıb
Operativ Media
ABŞ Prezidenti Donald Tramp BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxışı zamanı Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə də toxunub.
Operativ Media xəbər verir ki, Tramp Azərbaycan Prezidenti İlham Əliyevin onun fəaliyyəti barədə müsbət fikirlər səsləndirdiyini bildirib.
“Azərbaycan Prezidenti mənə dedi ki, Prezident Tramp altı ay ərzində möcüzələr yaradıb və heç kim bunun baş verəcəyini belə düşünmürdü”, - ABŞ Prezidenti qeyd edib.
Tramp Ermənistanın Baş naziri Nikol Paşinyanın da prosesdə onun şəxsi müdaxiləsinin əhəmiyyətini vurğuladığını bildirib.
“Ermənistanın Baş naziri bildirib ki, Prezident Tramp şəxsən bu işə qoşulmasaydı, bu sıçrayış mümkün olmazdı”, – Tramp deyib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net