Menyu

Ceyhun Bayramov Cibuti XİN rəhbəri ilə görüşüb

Operativ Media
Ceyhun Bayramov Cibuti XİN rəhbəri ilə görüşüb

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Cibutinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Əbdülqadir Hüseyn Ömərlə görüşüb.

Operativ Media xəbər verir ki, bu barədə XİN paylaşım edib.

Görüşdə Azərbaycan-Cibuti münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Tərəflər yüksək səviyyəli təmasların və siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Ticarət, iqtisadiyyat, təhsil və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Həmçinin BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər çoxtərəfli platformalarda qarşılıqlı dəstək və koordinasiyanın gücləndirilməsi müzakirə olunub.

Görüşdə Azərbaycanın 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə toplantısına ev sahibliyinə hazırlığı və qarşıdakı sədrliyi də gündəmə gətirilib.

Nazirlər, həmçinin Yaxın Şərqdəki təhlükəsizlik vəziyyətini müzakirə edərək gərginliyin azaldılmasının və problemlərin sülh yolu ilə həllinin vacibliyini qeyd ediblər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər