“Nant” klubunun satışı ilə bağlı razılıq əldə olunub
Fransanın “Nant” klubunun satışı ilə bağlı prinsipial razılığın əldə edildiyi bildirilir.
Operativ Media xəbər verir ki, bu barədə AFP məlumat yayıb. Məlumata görə, 2007-ci ildən klubun sahibi olan Valdemar Kita bu ayın əvvəlində “Nant”ın alınması üçün üç təklif aldığını açıqlayıb və potensial alıcılardan biri ilə danışıqların irəliləmiş mərhələdə olduğunu təsdiqləyib.
Kita 19 il əvvəl “Nant”ı 10 milyon avroya alıb. 2026-cı ildə Liqa 2-yə düşən klubun satış qiymətinin isə 100 milyon avro olduğu bildirilib.
Alıcıların kimliyi açıqlanmayıb. Onların “avropalı investorlar” olduğu qeyd edilib. Mənbələrin məlumatına görə, konsorsiuma vaxtilə futbolçu agenti kimi fəaliyyət göstərmiş Paulo Tavares rəhbərlik edir.
Daha əvvəl “Ouest-France” “Nant”ın mümkün alıcıları arasında İngiltərə millisinin və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi, hazırda “İnter Mayami” klubunun ortaq sahibi olan Devid Bekhemin də ola biləcəyini yazıb.
“Nant” hazırda Liqa 2-nin turnir cədvəlində 7 oyundan sonra 7 xalla 15-ci pillədə qərarlaşıb.
dəqiqələr içində saytın olsun.