Menyu

Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak edib

Operativ Media
Azərbaycan hərbçiləri Gürcüstanda keçirilən dağçılıq təlimində iştirak edib
1 dəq oxu

Gürcüstanın Müdafiə Nazirliyinin Saçxeri Dağçılıq Təlim Mərkəzində Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə keçirilən "Təməl Yay Dağ Təlimi" kursu başa çatıb.

Bu barədə Operativ Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, təlim müddətində hərbi qulluqçular şaquli istiqamətdə hərəkət və enmə, xüsusi dağçılıq avadanlıqlarından, əl və ayaq texnikalarından istifadə edərək qayalara dırmanma, həmçinin dağlıq və qayalıq ərazilərdə müxtəlif praktiki tapşırıqları yerinə yetirib.

Bağlanış mərasimində çıxış edənlər kurs iştirakçılarının əldə etdikləri bilik və bacarıqların əhəmiyyətini, eləcə də Azərbaycan, Gürcüstan və Türkiyə hərbi qulluqçuları arasında birgə fəaliyyətlərin bundan sonra da davam etdirilməsinin vacibliyini qeyd ediblər.

Kursun keçirilməsində əsas məqsəd hərbi qulluqçuların dağlıq və qayalıq ərazilərdə fəaliyyəti üzrə praktiki bacarıqlarının təkmilləşdirilməsi, dağçılıq avadanlıqlarından düzgün və təhlükəsiz istifadə vərdişlərinin artırılması, eləcə də iştirakçı ölkələrin hərbi qulluqçuları arasında təcrübə mübadiləsinin aparılması olub.

Sonda kursu uğurla başa vuran hərbi qulluqçulara sertifikatlar və döş nişanları təqdim olunub, xatirə şəkilləri çəkdirilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər