Ayxan Abbasov: Futbolçular azarkeşlər qarşısında oynamaq istəyirlər
Azərbaycan yığmasının baş məşqçisi Ayxan Abbasov UEFA Millətlər Liqasında Lixtenşteynə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Operativ Media xəbər verir ki, o, bunları söyləyib:
“Litva ilə oyundan sonra xırda zədələr çox oldu. Renat sabah bizə kömək edə bilməyəcək. Litva ilə oyunda da iştirakı sual altındadır.
Biz hər dəfə millidə oyunumuzu, sistemimizi təhlil edib hazırlaşırıq. Litva ilə Lixtenşteyn tam fərqli futbol oynayır. Sabahkı oyunda müdafiəni yarmaq lazım olacaq. Bunun üzərində də 3 məşqdir çalışırıq. İnanıram ki, qollar vura biləcəyik.
Milli komandalar arasında zəif rəqib yavaş-yavaş aradan götürülür. Bütün komandalar özlərini göstərmək istəyir. Milli futbolçular bugünkü situasiya nə tələb edirsə, ona hazır olmalıdırlar.
Ümid edirəm ki, çox azarkeş gələcək. Millimizin buna ehtiyacı var. Futbolçular da azarkeş qarşısında oynamaq istəyirlər. Litvada da azarkeşlər bizi dəstəklədilər. Ümumi bizim çempionatımızda da bu problem var. Futbolçular da Tofiq Bəhramov adına Respublika stadionunda oynamağı xoşlayır.
Futbolçular hamısı açıqlama verir. Hər kəs milli komandada oynamaq istəyir. Zamiq çox güman xəbərsizdir, biz onun hər oyununa baxmışıq. Biz bütün futbolçuları izləyirik. Bu gün Zamiqin yerində oynayan Anton var, Rəhman var, Murad Xaçayev var. Biz onlara üstünlük vermişik. Bu o demək deyil ki, biz onun üstündən xətt çəkmişik. Gələcəkdə dəvət edilə bilər”.
dəqiqələr içində saytın olsun.