Menyu

Megasec ilk dəfə ADEX Beynəlxalq Müdafiə Sərgisində iştirak edir

Operativ Media
Megasec ilk dəfə ADEX Beynəlxalq Müdafiə Sərgisində iştirak edir
1 dəq oxu

“Şirkətimiz bu il ilk dəfə ADEX Beynəlxalq Müdafiə Sərgisində iştirak edir. Müasir texnologiyaların müdafiə və təhlükəsizlik sahəsində yaratdığı imkanları nəzərə alsaq, bu platformada təmsil olunmaq bizim üçün xüsusi əhəmiyyət daşıyır”.

Operativ Media xəbər verir ki, bunu MegaSec şirkətinin biznesin inkişafı üzrə mütəxəssisi Fidan Nəbiyeva bildirib.

Onun sözlərinə görə, texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə süni intellekt, kibertəhlükəsizlik və pilotsuz sistemlər strateji əhəmiyyət qazanır.

“MegaSec olaraq bu istiqamətləri vahid yanaşma çərçivəsində birləşdirərək müasir çağırışlara cavab verən həllər üzərində çalışırıq”, – deyə Fidan Nabiyeva qeyd edib.

O bildirib ki, şirkətin sərgidəki stendində süni intellekt və kompüter görməsi, üz tanıma, avtomobil nömrələrinin tanınması, biometrik identifikasiya, eləcə də pilotsuz sistemlər sahəsində texnoloji imkanlar təqdim olunur.

“Kibertəhlükəsizlik və rəqəmsal sistemlərin mühafizəsi üzrə həllərimiz də təqdimatımızın mühüm hissəsidir”, – deyə o əlavə edib.

Fidan Nəbiyeva ADEX 2026-nın yeni tərəfdaşlıqların qurulması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və texnoloji təcrübənin bölüşülməsi baxımından əhəmiyyətli platforma olduğunu vurğulayıb.

“Əminik ki, bu sərgi gələcək birgə layihələr və yeni təşəbbüslər üçün əlverişli imkanlar yaradacaq”, – deyə o bildirib.


Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər