Lukaşenko Si Cinpini 2027-ci ildə Belarusa səfər etməyə dəvət edib
Belarus Prezidenti Aleksandr Lukaşenko Çin lideri Si Cinpini 2027-ci ildə ölkəsinə rəsmi səfərə dəvət edib.
Operativ Media xəbər verir ki, bu barədə Belarus Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Lukaşenko Çin Xalq Respublikasının yaranması günü münasibətilə Si Cinpini təbrik edib. O, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 35-ci ildönümü ərəfəsində Çin liderinə 2027-ci ildə Belarusa rəsmi səfər etmək barədə dəvəti yeniləyib.
Belarus Prezidenti bildirib ki, Si Cinpinin səfəri yubileyə xüsusi məna qatacaq və Belarus-Çin münasibətlərinin yeni mərhələsinin başlanğıcı olacaq.
Lukaşenko Pekinin beynəlxalq arenada qlobal sabitliyin qorunmasına yönəlmiş siyasətini yüksək qiymətləndirdiklərini qeyd edib. O, Si Cinpinin rəhbərliyi ilə Çinin iqtisadiyyatın modernləşdirilməsi, texnoloji suverenliyin gücləndirilməsi və istehsal potensialının inkişafı istiqamətində əldə etdiyi nəticələri vurğulayıb.
Onun sözlərinə görə, Belarus və Çin arasında münasibətlər görünməmiş yüksək səviyyəyə çatıb və siyasi dialoq intensiv şəkildə davam etdirilir. Ticarət dövriyyəsinin artması ilə yanaşı, investisiya əməkdaşlığı genişlənir, sənaye kooperasiyası çərçivəsində hər iki ölkə üçün mühüm layihələr həyata keçirilir.
Lukaşenko humanitar və mədəni əlaqələrin də inkişaf etdiyini bildirərək bunun strateji tərəfdaşlığın möhkəmliyini təsdiqlədiyini qeyd edib.
Belarus lideri Si Cinpinə cansağlığı və rifah, Çin xalqına isə xoşbəxtlik və firavanlıq arzulayıb.
dəqiqələr içində saytın olsun.