Emin Mahmudov: Lixtenşteyn oyunu öncəsi məsuliyyət var
Operativ Media
1 dəq oxu
“Lixtenşteyn oyunu öncəsi məsuliyyət var”.
Operativ Media xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov mətbuat konfransında deyib.
Yığmanın kapitanı Millətlər Liqasının D Liqasının 2-ci qrupunda Lixtenşteynə qarşı keçirəcəkləri oyun barədə danışıb:
“Sabah bizim üçün vacib oyun olacaq. Görüşə ciddi hazırlaşmışıq. Baş məşqçinin tapşırıqlarını da düzgün yerinə yetirməklə qələbə qazanmaq istəyirik. Bu matç öncəsi məsuliyyət var”.
Xatırladaq ki, Millətlər Liqasının Azərbaycan – Lixtenşteyn oyunu sabah, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Sorğu