Menyu

Azərbaycan müdafiə nazirinin Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşləri keçirilib

Operativ Media
Azərbaycan müdafiə nazirinin Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşləri keçirilib
1 dəq oxu

Sentyabrın 30-da "ADEX-2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi çərçivəsində ölkəmizin digər ölkələrlə hərbi-texniki əməkdaşlıq məsələlərinə dair bir sıra maraqlı görüşlər keçirilib.

Operativ Media xəbər verir ki, Müdafiə naziri general-polkovnik Zakir Həsənov beynəlxalq sərgidə iştirak edən Böyük Britaniyanın və Slovakiyanın müdafiə nazirləri ilə görüşüb.

Müdafiə naziri ölkəmizin Birləşmiş Krallıqla və Slovakiya Respublikası ilə bütün msahələrdə, xüsusilə də müdafiə və təhlükəsizlik məsələlərində əməkdaşlığa daim maraqlı olduğunu vurğulayaraq, bu əlaqələrin mövcud vəziyyətindən razılıq bildirib.

Azərbaycanda səfərdə olmaqdan və sərgidə iştirak etməkdən məmnunluq ifadə edən Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri cənab Lord Vernon Koaker və Slovakiya Respublikasının Baş nazirinin müavini və müdafiə naziri Robert Kalinak dövlətlərimizin müdafiə strukturları arasında hərbi təhsil, hərbi-texniki innovasiyalar, həmçinin digər istiqamətlərdə əməkdaşlıqların müsbət müstəvidə davam etdiyini vurğulayıblar.

Görüşlərdə nazirlər müdafiə və təhlükəsizlik, hərbi və hərbi-texniki sahələrdə əməkdaşlığa dair gələcək planları müzakirə edib, eləcə də qarşılıqlı maraq doğuran məsələlər barədə geniş fikir mübadiləsi aparıblar.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər