Menyu

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

Operativ Media
Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib
1 dəq oxu

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev FIFA-nın prezidenti Canni İnfantinonu qəbul edib.

Operativ Media xəbər verir ki, görüşdə Özbəkistan və Azərbaycanın gələn il 20 yaşadək futbolçular arasında dünya çempionatına ev sahibliyi etməsi əsas müzakirə mövzusu olub.

Tərəflər futbolun, xüsusilə də gənclər arasında kütləviləşdirilməsi, istedadlı oyunçuların üzə çıxarılması və məşqçi, hakim, menecer, həkim və digər mütəxəssislərin hazırlanması sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.

Görüşdə Özbəkistanda FIFA-nın irimiqyaslı turnir və tədbirlərinin keçirilməsi, həmçinin qurumun Daşkənddə regional nümayəndəliyinin açılması prosesinin sürətləndirilməsi məsələlərinə də diqqət yetirilib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər