Menyu

Ukrayna təhsil nazirinin müavininin Azərbaycana səfəri planlaşdırılır

Operativ Media
Ukrayna təhsil nazirinin müavininin Azərbaycana səfəri planlaşdırılır
1 dəq oxu

Ukrayna elm və təhsil nazirinin müavini Nikolay Trofimenkonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər etməyi planlaşdırır.

Operativ Media Ukrayna Təhsil və Elm Nazirliyinin məlumatına istinadən xəbər verir ki, bu səfərə hazırlıq nazir Andrey Butenkonun Azərbaycanın Ukraynada səfiri Seymur Mardaliyevlə görüşü zamanı müzakirə olunub.

"Təklif olunan proqram təhsil sənədlərinin tanınması üzrə işçi qrupunun iclasını, profil nazirliyinin rəhbərliyi və universitetlərin rektorları ilə görüşləri nəzərdə tutur. Səfər birgə qərarların hazırlanmasına və hər iki ölkənin ali təhsil müəssisələri arasında birbaşa tərəfdaşlıqların inkişafına kömək etməlidir. Həmçinin bu ilin sonunadək Ukrayna və Azərbaycan təhsil nazirlərinin görüşünün təşkili imkanından danışıldı", – məlumatda deyilir.

Ukrayna Təhsil Nazirliyinin məlumatına görə, 2026-cı ilin əvvəlinə Ukraynada 5,4 mindən çox Azərbaycan vətəndaşı təhsil alırdı ki, bu da bütün xarici tələbələrin təxminən üçdə birini təşkil edir.

"Ukrayna tərəfi bu əməkdaşlığın qorunmasında və təhsil almaq üçün lazımi şəraitin yaradılmasında maraqlılığını təsdiqləyib", – nazirliyin məlumatında deyilir.

Görüş zamanı tərəflər Azərbaycanda Ukrayna ali təhsil müəssisələrinin diplomlarının tanınmasına ayrıca diqqət yetiriblər. Ukrayna tərəfi müvafiq məsələlərin profil işçi qrupu çərçivəsində ətraflı işlənməsini təklif edib.

Həmçinin görüşdə Azərbaycan tələbələrinin Ukraynada təhsil almaq üçün qəbul və gəliş prosesinin sənədləşdirilməsi məsələsi qaldırılıb.

Tərəflər eyni zamanda iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın 14-cü iclasına hazırlığı müzakirə ediblər.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər