Menyu

Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Operativ Media
Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb
1 dəq oxu

Türkiyə və Azərbaycan arasında müdafiə sənayesi sahəsində bir sıra tədarük müqavilələri və anlaşma memorandumu imzalanıb.

Operativ Media xəbər verir ki, bunu Türkiyənin müdafiə sənayesi naziri Haluk Görgün sosial media hesabında paylaşımında bildirib.

Onun sözlərinə görə, iki ölkənin müdafiə imkanlarını gücləndirəcək müqavilələr aşağıdakılardır:

TUSAŞ ilə HÜRKUŞ təyyarələrinin tədarükünə dair müqavilə;

ASELSAN ilə ALP-100 radarının tədarükünə dair anlaşma memorandumu;

BAYKAR ilə “Mızrak” ağıllı dolaşan sursatının tədarükünə dair müqavilə;

BAYKAR ilə “Antidot” sisteminin tədarükünə dair müqavilə;

ROKETSAN ilə “Barbaros” sahil müdafiə sisteminin tədarükünə dair müqavilə.

Haluk Görgün qeyd edib ki, müqavilələrin ümumi dəyəri 500 milyon ABŞ dollarını ötür.

“Bu müqavilələrin iki qardaş ölkə üçün xeyirli olmasını arzulayıram”, - deyə o əlavə edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər