“Bavariya” Fil Foden transferini nəzərdən keçirir
“Bavariya” “Mançester Siti”nin yarımmüdafiəçisi Fil Fodeni transfer etməkdə maraqlıdır.
Operativ Media xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.
Məlumata görə, 26 yaşlı ingilis futbolçunun “Mançester Siti”yə bağlılığına baxmayaraq, klubun maliyyə qaydalarının pozulması ilə bağlı ağır sanksiyalarla üzləşməsi onun komandadan ayrılmasını mümkün edə bilər.
“Mançester Siti” daha əvvəl Premyer Liqanın maliyyə qaydalarının pozulması ilə bağlı irəli sürdüyü 115 ittihamdan 114-də təqsirli bilinib. Klubla bağlı yekun cəza hələ açıqlanmayıb. Mümkün sanksiyalar arasında aşağı liqaya göndərilmə, xal silinməsi və böyük məbləğdə cərimə yer alır.
Mənbənin məlumatına görə, Foden üçün əsas namizəd “Bavariya”dır. Münhen təmsilçisinin baş məşqçisi və vaxtilə “Mançester Siti”nin kapitanı olmuş Vensan Kompani futbolçunun transferində maraqlıdır.
Bildirilir ki, Foden transferə açıq olarsa, “Bavariya” onun üçün rəsmi addım atacaq. Daha əvvəl “Arsenal”, “Çelsi” və “Tottenhem”in də futbolçuya maraq göstərdiyi, “Milan”ın isə mümkün keçidi dəyərləndirdiyi qeyd olunub. Səudiyyə Ərəbistanı klublarının da vəziyyəti izlədiyi bildirilib.
Foden 2017-ci ilin iyulundan “Mançester Siti”nin formasını geyinir. Onun klubla müqaviləsi 2030-cu il iyunun 30-dək qüvvədədir.
Yarımmüdafiəçi 2025/26 mövsümündə 54 oyunda 13 qol vurub və 8 məhsuldar ötürmə edib.
“Transfermarkt” futbolçunun transfer dəyərini 70 milyon avro qiymətləndirir.
dəqiqələr içində saytın olsun.