Menyu

Azərbaycanda cinayətlərin sayı azalıb

Operativ Media
Azərbaycanda cinayətlərin sayı azalıb
1 dəq oxu

Azərbaycanda 2025-ci ildə cinayətlərin sayı əvvəlki illə müqayisədə təxminən 4,6 faiz azalıb. 2026-cı ilin ilk yarısında da azalma tendensiyası davam edib.

Operativ Media xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev Trend Beynəlxalq İnformasiya Agentliyinə və REAL televiziyasına birgə müsahibəsində deyib.

O bildirib ki, 2026-cı ilin birinci yarısında da 2025-ci ilin eyni dövrü ilə müqayisədə cinayətlərin sayında əhəmiyyətli azalma qeydə alınıb.

“2024-cü illə müqayisədə 2025-ci ildə cinayətlərin sayında təxminən 4,6 faiz azalma müşahidə olunub. 2026-cı ilin birinci yarımilini 2025-ci ilin eyni dövrü ilə müqayisə etdikdə də əhəmiyyətli azalma görürük”, - deyə Kamran Əliyev bildirib.

Baş prokurorun sözlərinə görə, cinayətkarlığın vəziyyəti və dinamikası hüquq-mühafizə orqanlarının nəzarətindədir. Bununla yanaşı, cəmiyyətdə gedən proseslər nəticəsində bəzi cinayət növlərinin sayında artım müşahidə olunur və yeni cinayət növləri meydana çıxır.

Kamran Əliyev narkotik vasitələrin qanunsuz dövriyyəsinin cəmiyyəti narahat edən geniş yayılmış cinayətlərdən biri olduğunu deyib. O qeyd edib ki, 2026-cı ildə bu sahədə ötən illə müqayisədə sabitləşmə və cüzi azalma meyli müşahidə olunur.

“Amma bu, bizi qətiyyən aldatmamalıdır”, - deyə Baş prokuror vurğulayıb.

Onun sözlərinə görə, əsas təhlükələrdən biri narkotik vasitələrin qanunsuz dövriyyəsinin transmilli xarakter daşımasıdır. Narkotiklərin internet üzərindən satışı, yeni informasiya texnologiyalarından istifadə və süni şəkildə hazırlanmış təhlükəli maddələrin yayılması gənclərin sağlamlığı üçün risk yaradır.

“Narkotik vasitələrin qanunsuz dövriyyəsinin sərhədləri aşması, yeni informasiya texnologiyalarından istifadə edilməklə onların internet üzərindən alınıb-satılması, təhlükəli narkotik maddələrin yeni, süni şəkildə hazırlanmış növlərinin yayılması gənclərimizin sağlamlığı üçün təhlükə yaradır. Bu baxımdan qarşımızda çoxlu vəzifələr durur”, - deyə Kamran Əliyev bildirib.

Baş prokuror narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə Daxili İşlər Nazirliyi, Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin fəaliyyətinin mühüm əhəmiyyət daşıdığını qeyd edib.

O, həmçinin region və qonşu ölkələrlə əməkdaşlığın davam etdiyini, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə yollarının həm regional, həm də beynəlxalq səviyyədə müzakirə olunduğunu bildirib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər