Menyu

İnam Kərimov: İnzibati məhkəmələr hüquqi dövlətin səciyyəvi xüsusiyyətlərindəndir

Operativ Media
İnam Kərimov: İnzibati məhkəmələr hüquqi dövlətin səciyyəvi xüsusiyyətlərindəndir
1 dəq oxu

Azərbaycanda inzibati məhkəmələr 2020-ci ildən ayrıca ixtisaslaşmış məhkəmələr kimi fəaliyyət göstərir. Bu məhkəmələr vətəndaşlara dövlət orqanlarının qərarlarını müstəqil məhkəmə qarşısında mübahisələndirmək imkanı yaradır.

Operativ Media xəbər verir ki, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov APA-ya və Azad Azərbaycan Televiziyasına (ATV) müsahibəsində deyib.

O bildirib ki, inzibati hüquq hüquqi dövlətin inkişafında mühüm rol oynayır.

“Dövlət vətəndaşa öz qəbul etdiyi qərarları müstəqil məhkəmə qarşısında mübahisələndirmək imkanı yaradır. Bu, ilk növbədə hüquqi dövlətin inkişafının, dövlətin yetkinliyinin və vətəndaşın səsini eşitmək istəyinin təcəssümüdür. İnzibati məhkəmələrin fəaliyyəti inkişaf etmiş hüquqi dövlətlərin səciyyəvi xüsusiyyətlərindən biridir”, - deyə İnam Kərimov bildirib.

Onun sözlərinə görə, son üç ildə vətəndaşların dövlətə və məhkəmə sisteminə etimadı nəticəsində inzibati işlər üzrə müraciətlərin sayı birinci instansiyada 60 faiz, apellyasiya instansiyasında 50 faiz, Ali Məhkəmədə isə 80 faizə yaxın artıb.

İnam Kərimov qeyd edib ki, statistikaya əsasən, çıxarılan qərarların əksəriyyəti vətəndaşların, o cümlədən sahibkarların xeyrinə olub.

Ali Məhkəmənin sədri vurğulayıb ki, inzibati məhkəmələrin fəaliyyəti yalnız konkret işlər üzrə qərarların qəbul edilməsi ilə məhdudlaşmır.

“Qəbul edilən hər bir qərar, xüsusilə Ali Məhkəmə səviyyəsində, vahid məhkəmə təcrübəsinin formalaşmasına xidmət edir. Artıq inzibati orqanlar gələcək fəaliyyətlərini məhkəmələrin çıxardığı qərarlara uyğun qurmağa məcburdurlar”, - deyə o bildirib.

İnam Kərimovun sözlərinə görə, vahid məhkəmə təcrübəsi vətəndaşların məhkəmə qərarlarını daha yaxşı proqnozlaşdırmasına imkan verir. O əlavə edib ki, inzibati sahədə hakimlər vətəndaşların hüquqlarının müdafiəsi üçün dövlət orqanlarına sorğular verir, sübutlar tələb edir və işin tam araşdırılmasını təmin edirlər.

“Əlbəttə ki, inzibati hüquq sahəsi də getdikcə təkmilləşdiriləcək”, - deyə İnam Kərimov qeyd edib.

Genitor
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər