Menyu

Putin Azərbaycanla “Şimal-Cənub” dəhlizi üzrə əlaqələrdən danışıb

Operativ Media
Putin Azərbaycanla “Şimal-Cənub” dəhlizi üzrə əlaqələrdən danışıb
1 dəq oxu

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqələrin davam etdiyini bildirib.

Operativ Media xəbər verir ki, “Valday” klubunun plenar sessiyasında çıxış edən Putin Azərbaycanın “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizinin reallaşdırılmasını dəstəklədiyini və layihəni perspektivli hesab etdiyini deyib.

Putin qeyd edib ki, marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir və bu məsələ ilə bağlı Bakı ilə işgüzar əlaqələr saxlanılır.

O, Rusiyanın layihənin həyata keçirilməsi üçün kredit vəsaiti ayırmağa hazır olduğunu da bildirib.

Əlaqəli Xəbərlər